news 2

xeber 2Azərbaycanda regional turizm peşə məktəbləri yaradılacaq

Azərbaycanın 5 rayonunda - Zaqatala, Şəmkir, Göygöl, Qusar və Masallıda turizm peşə məktəbləri yaradılacaq. Bunu cümə axşamı Trend-ə Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov deyib.

Onun sözlərinə görə, həmin məktəblərin ATİ-nin nəzdində yeni yaradılacaq Bakı Turizm Peşə Məktəbinin filialı kimi fəaliyyət göstərəcəyi gözlənilir. Amma sonradan həmin məktəblər müstəqilləşə bilərlər.
Cəfərovun sözlərinə görə, yaxın günlərdə Nazirlər Kabinetinin Bakı Turizm Peşə Məktəbinin yaradılması ilə bağlı qərar verəcəyi gözlənilir.
Rektorun sözlərinə görə, həmin məktəbə bu tədris ili üçün qəbul aparılacaq. Ümumilikdə Bakı Turizm Peşə Məktəbində 600-700 şagird peşə təhsili ala bilər. Amma ilk mərhələdə bu şagirdlərin sayının 200-300 nəfər olması nəzərdə tutulur.
Cəfərov hazırda Azərbaycanın əmək bazarında turizm üzrə kadrlara böyük ehtiyacın olduğunu da söyləyib.
ATİ 2006-cı il fevralın 13-də Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılıb. ATİ Azərbaycanda turizm üzrə mütəxəssis hazırlayan yeganə ali təhsil müəssisəsidir.

slide 5

Yeni xəbərləri əldə etmək üçün aşağiya e-mail və adınızı yazın:
Yeni xəbərlər olduğu zaman sizin e-mailinizə gələcək. Təşəkkur.