news 3

xeber 3ÜMUMDÜNYA TURİZM GÜNÜ MÜNASİBƏTİ İLƏ MÜRACİƏTNAMƏ.

Bu il Ümumdünya Turizm Günü turizmin beynəlxalq həmrəylik və qarşılıqlı hörmətin möhkəmləndirilməsindəki mühüm rolunu vurğulayan “Turizm – mədəniyyətləri birləşdirən bənd” şüarı altında keçirilir.Yeni mədəniyyətlərlə öz təcrübəndə tanış olmaq ən yaxşı yoldur. Turizm müsafirlə onu qəbul edən ölkə arasındakı möcüzəli bir rabitə vasitəsidir. O, dialoqun və qarşılıqlı əlaqələrin yaradılmasına kömək edir. Müxtəlif mədəniyyətləri təmsil edən insanlar arasında belə əlaqələrin mövcudluğu dözümlülüyün əsasına çevrilir.

Dinc, yanaşı yaşamaq uğrunda mübarizə aparan dünyada turizm körpülərin qurulmasına və sülhün möhkəmlənməsinə səbəb ola bilər.

Turizmin inkişaf prosesinə verdiyi töhfə, eyni zamanda, qlobal həmrəyliyin formalaşmasına da yardımçı olur. Qlobal iqtisadiyyatın dərin qeyri-müəyyənliklə üzləşdiyi bir dövrdə turizmin sosial-iqtisadi imkanlar yaratmağa və varlılarla kasıblar arasındakı fərqi azaltmağa qadir olması faktı mühüm əhəmiyyət qazanır.
Turizmə aidiyyəti olan hər kəsi Turizmin Qlobal Etik Kodeksinə riayət etməyə çağırıram. 2001-ci ildə BMT-nin Baş Assambleyasında təsdiq edilmiş ekoloji baxımdan təhlükəsiz və məsuliyyətli turizmin bu rəhbər prinsipləri zamanla yoxlanılmış turizm və sülh, insan haqları və qarşılıqlı anlaşma arasındakı əlaqəyə əsaslanır.

Ümumdünya Turizm Günü turizmin bütün dünyanın əmin-amanlığı üçün əhəmiyyəti barədə düşünməyə imkan yaradır. Gəlin səyahətlərimiz zamanı digər mədəniyyətlərlə təmasda olaq və insanların müxtəlifliyini salamlamayaq. Bü günü qeyd edərək, turizmə daha tolerant, açıq və vahid bir dünyanın formalaşmasına kömək edən faktor kimi dəyər verək.

slide 5

Yeni xəbərləri əldə etmək üçün aşağiya e-mail və adınızı yazın:
Yeni xəbərlər olduğu zaman sizin e-mailinizə gələcək. Təşəkkur.