Şəki

Azərbaycanın qədim şəhəri. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda - təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sildrım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma- Çaqqaldar və Ottal uşurumlarına rast gələrik. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür.

2007-ci il məlumatlarına əsasən Şəki şəhərində 62499 nəfər əhali qeydə alınmışdır ki, bu da ümumi rayon əhalisinin 37,33%-i olmuşdur. Onların da 48,3%-ni kişilər, 51,7%-ni isə qadınlar təşkil etmişdir.

Tarix

Şəki Azərbaycanın tarixi şəhərlərindən biri olub, sahib olduğu bir çox tarixi abidəni qoruyub saxlaya bilmişdir. Ticarət və sənət üzərində diqqətini cəmləşdirmiş Şəki şəhəri, həm də Azərbaycanın mühim mədəniyyət mərkəzlərindən biridir. Şəki şəhərinin 1772-ci ilə qədər mövcud olması və həmin ildə baş vermiş sel nəticəsində dağılması barədə yazılanlar, cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki bunu deyənlərin istinad etdikləri "Kavkaz" qəzetində əslində, Şəkinin yox Nuxa şəhərinin təbii fəlakətə məruz qalmasından söhbər gedir! Şəki şəhəri daha əvvəl indki ərazisindən 10-15 km. cənubda, indiki Cəfərabad və Göybulaq kəndləri arasında idi (20-ci əsrin əvvəllərinə qədər Şəki hakimi Həsən sultanın (?-1524) məqbərəsi də burada dururdu). 18-ci əsrin 40-cı illərində, Nadir şahın hücumları ilə əlaqədar Şəki şəhərinin əhalisi Nuxa kəndinə köçdü (Mənbələrdə göstərilir ki Nadir şah Şəkini yandırmışdır). O vaxtdan Nuxa qeyri-rəsmi olaraq həm də Şəki adlanmağa başladı və yalnız 1968-ci ildən sonra Nuxa şəhərinin adı, rəsmən "Şəki" oldu. Şəki xanlığının mərkəzi olmuş bu şəhər, Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamışdır.

Şəkinin planıQürcanaçay və Dəyirman-arxı çayları şəhərin su ehtiyaclarını ödəməsilə bərabər, həm də suvarmada istifadə olunurdu. Daha sonralar çayların birləşdiyi yerdə meydançası olan yeni mərkəz quruldu. Şəki şəhərinin bu ərazidə qurulma səbəblərindən ən vacibi Qurcanaçay faktorudur. Digər çay olan Dəyirman–arxı çayı isə şəhərin ikinci aparıcı vasitəsi kimi xidmət göstərməkdədir.

slide 5

Yeni xəbərləri əldə etmək üçün aşağiya e-mail və adınızı yazın:
Yeni xəbərlər olduğu zaman sizin e-mailinizə gələcək. Təşəkkur.