2012 ci ildən etibarən Azərbaycan turizm bazarında fəaliyyətə başlayan və daim müştəri məmnuniyyətini yüksəkdə tutan şirkətimiz mütəmadi olaraq yerli və beynəlxalq sərgilərdə ölkə turizminin tanıdılmasında yaxından iştirak edir. Bundan əlavə olaraq da tur menecerlərimiz yerli və xarici bazarın öyrənilməsi məqsədi ilə müxtəlif infoturlara qatılaraq daim inkişaf edirlər.
Şirkətimiz aşağıda qeyd edilən istiqamətlərdə fəaliyyət göstərməkdədir:
- Outgoing
- İncoming
- İnbound
- Aviabilet
- Viza dəstəyi
- Sığorta xidmətləri
- Transfer
Əsas məqsədimiz istənilən büdcəyə uyğun olaraq turlar təklif etmək və hər zaman keyfiyyətli xidmət göstərməkdir. Peşəkar tur menecerlərimizə müraciət etməklə tez bir zamanda istəklərinizə uyğun istər daxili,istərsə də xarici tur, aviabilet, transfer və s. əldə edə bilərsiniz.