Новости 1

xeber 1Əbülfəs Qarayev mədəniyyət ocaqlarını turizm şirkətləri ilə sıx əməkdaşlıq edə bilməməkdə günahlandıb.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədəki turizm müəssisələri və mədəniyyət ocaqlarını bir-biriləri ilə sıx əməkdaşlıq edə bilməməkdə günahlandıb.

Gazir bu ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında çıxışı zamanı deyib ki, çox az muzeyin hansısa turizm şirkəti ilə müqaviləsi var.

“Hansı muzeyin turizm şirkətləri ilə müqavilələri var? Belə müqavilələrin sayı azdır. Onların sayı bəlkə də 2-3-dür. Turizm şirkətləri özəldir, mən onları məcbur edə bilmərəm. Ancaq mədəniyyət ocaqları özləri turizm şirkətləri ilə əməkdaşlığa maraq göstərməlidirlər”, – Qarayev bildirib.

O, əlavə edib ki, gələn ildən Azərbaycana gələn turistlər üçün elektron vizaların verilməsi ilə bağlı sərəncam imzalanıb. Bu iş turizm şirkətlərinin vasitəçiliyi ilə həyata keçiriləcək.

“Bəs, turizm şirkətləri turistlərə hansı proqramı təqdim edəcəklər? Turistlər hansı muzeylərə, mədəniyyət ocaqlarına gedəcək, hansı səyahətləri edəcəklər? Bunlar hamısı vahid sistemə bağlı olmalıdır”, – Qarayev deyib.

slide 5

Yeni xəbərləri əldə etmək üçün aşağiya e-mail və adınızı yazın:
Yeni xəbərlər olduğu zaman sizin e-mailinizə gələcək. Təşəkkur.