Aviabileti necə oxumaq lazımdı?

aviabilet

Sərnişin üçün bilet – anlaşılmayan simvollarla dolu bir sənəddir. Adətən biletdə soyada və istiqamətə sərnişin tərəfindən diqqət yetirilir.

Hal hazırda bu cür blanklarda istifadə olunur:
• Avtomatik və manual kupon biletləri;
• Elektron biletlər:

Bugünki gündə elektron biletlərin istifadəsi dahada geniş yayılır. Elektron bilet – kağız bileti olmayan, bütün məlumat aviaşirkətin kompyuter bazasında yerləşən, və sərnişinə bron haqqında bütün məlumatı daşıyan marşrut-qəbzi verilən biletdir. 

Beləliklə, sizin kupon biletiniz - bir neçə kupondan ibarət olan ( hər kupon kopya edən qatla təchiz olunub) sənəddir. Prinsipial olaraq, manual blanklardan xəzil zamanı istifadə olunur, lakin təcrübədə aviaşirkətlər onları agentlərin istifadəsinə həvalə edirlər. Elə ona görədə printerdə çap edilmiş manual blankları tez tez görə bilirik. Biletləri əl ilı yazmaq yaramaz sayılır.

Seqmentlərin sayından asılı olaraq (yani uçuş istiqamətlərinin sayından) aviaşirkətlər 1,2 və 4kuponlu blanklardan istifadə edirlər.Əgər marşrutda istiqamətlərin sayı, blankda olan kuponların sayından azdır, o zaman qalan istifadə olunmayan kuponlarda VOİD sözü yazılır və həmin kupon ləğv olunur. İstiqamətin sayı çoxdursa, kuponlar ardıcıllıqla uçuşa qeydiyyat zamanı cırılır . axırıncı kupon sərnişin kopyası sayılır və sərnişinə haqq-hesab üçün təqdim olunur.

Biletin nədən ibarət oldugunu anlamaq üçün misal üçün 2 blankdan istifadə etdik – doldurulmuş və boş. Təmiz biletdə rəqəmlərlə əsas sütunları qeyd etdik, və aşağıda izah etdik.

bilet

image004 2
1.FARE CALCULATION  —  TARIFIN HESABATI.
Burada verilmiş biletin tarifcə hesabatı göstərilir.
2. FARE — TARIF.
Daşınmanın əvvəlində valyutada tarifi. Valyutası konvertasiya olunmayan ölkələrdə tarifləri ABŞ dollarında çap edirlər. Bəzən tarif “İT” və “FORFAİT” abreviaturalar altında gizli saxlanılır.
3.TOTAL  —  CƏMI.
Yazıldığı ölkənin valyutasında biletin tam qiyməti (Tarif + Aeroport rüsumları). Azərbaycanda müxtəlif aviaşirkətlərdə bu manat kimi, ABŞ dollarıda ola bilər. Burada “İT”-da ola bilər.
 4. ORIGIN/DESTINATION — ISTIQAMƏT. 
Üç hərifdən ibarət olan haradan və haraya işarə etmə (arada sleş “/”işarəsi).Bunlardan başqa SİTİ və SOTO işarələri var və s.
5. AIRLINE DATA — BRON NÖMRƏSI. 
Hərifli,rəqəmli bron nömrəsi (PNR CODE).
6. ENDORSEMENTS/RESTRICTIONS — KEÇIRICI YAZI/MƏHDUDIYYƏTLƏR.
Bu sütunda müxtəlif aviaşirkətlərin məhdudiyyətləri qeyd olunur.Misal üçün sütunda “J2 ONLY” qeyd olunubsa, deməli bu bilet yalnız “AZAL” aviaşirkətin reyslərində istifadə oluna bilər. Burada tarıfcə izin verilmiş məhdudiyyətlərdə qeyd olunur. Misal üçün bronu dəyişmək və ya bileti qaytarmaq üçün cərimə alınır və ya “NON REF” işarəsi bildirir ki, bileti qaytarmaq mümkün deyil.
7. NAME OF PASSENGER — SƏRNIŞININ ADI VƏ SOYADI.
Yalnız latın yazıları ilə qeyd olunur.Soyaddan sonra sleş ”/” sonrada adın birinci hərifi və ya tam adı yazılır. Sonra boşluq işarəsi və MR – mister və ya MRS/MSS-miss, missis. İATA normalarına əsasən bu sütunda 3 səhfə qədər yol verilə bilər.
8. CONJUNCTION TICKETS — BIRLƏŞƏN BILET.
Əgər marşrutda olan istiqamətlərin sayı, uçuş kuponlarından çoxdu,belə bilet bir neçə blanklarda yazılır
9. STOPOVER — “STOPOVER” INDIKATORU. X/O (HƏ/YOX). 
Əgər müxtəıf şəhərdə dayanacaq baş verir və sərnişin orda 24 saatdan çox qalırsa bu sütunda “O” işarəsi qeyd olunur, sərnişin bu şəhərdə 24 saatdan çox olmazsa burada “X” işarəsini görə bilərsiniz. Stopoverin tətbiq edilməsi aeroport rüsumlarının hesabına görə biletin qiymətinə təsir edir. Stopoverin olmadığı halda bəzi rüsumlar ödənilmir və bu biletin qiymətini ucuzlaşdırır.
10. ISSUED IN EXCHANGE FOR — VERILIB ƏVƏZINƏ.
Əgər bir bilet başqa biletin əvəzinə verilib, bu sütunda əvvəlki biletin nömrəsi qeyd olunur.
11. VALIDATOR PLACE — VALIDATOR ÜÇÜN SÜTUN.
Bileti sattığı agentliyin ştampında mütləq bunlar olmalıdı:
agentliyin adı;
qısa ünvanı;
ofisin unikal nömrəsi, yani İATA-nın nömrəsi;
rəqəmli,hərifli agentin kod-nömrəsi;
biletin yazıldığı tarixi.
12. FROM/TO — UÇUŞ MARŞRUTU.
Hər yerdə hava limanlarının və şəhərlərin yazıları üçün ingilis hərifləri istifadə olunur. Hər kuponda iki şəhərlər arasında uçuş qeyd olunur. Şəhərlər yuxarıdan aşağıya ardıcıllıqla qeyd olunub. Əgər şəhərdə bir neçə hava limanı varsa, bu halda onların üç hərifdən ibarət olan kodları şəhər adından sonra yazılır.
13. CARRIER — DAŞINMANI HƏYATA KEÇIRDƏN ŞİRKƏT.
İki hərifli,rəqəmli aviaşirkətin kodu. Kodları İATA (Beynəlxalq Aviasiya Transportunun Birliyi) təyin edir.                                                                                
Misal:
J2 — AZAL
SU — Аeroflot
LH — Lufthansa, 
AF — Air France.
14. FLIGHT — REYSIN NÖMRƏSI. CLASS — BRON
SINIFI.
Müəyyən sinifə aidiyyatını bildirən latın hərifi.
Adətən:
F, P, A — birinci sinif
C, D, I, Z — biznes sinif
W, S, Y, B, H, K, L, M, N, Q, T, V, X — ekonom sinifi.
15. DATE — UÇUŞ TARIXI.
16. TIME — UÇUŞ ZAMANI. 
Həmişə yerli zaman .
17. STATUS — BRONUN STATUSU.
Adətən status — "OK". Bəzən “RQ”(qeydiyyat zamanı yerin tələb edilməsi) statusu ilə yazıla bilər . İki yaşına qədər uşaqların biletlərində “NS”(təyyarədə oturacağı olmayan) statusu qeyd olunur.
18. FARE BASIS — TARIFIN NÖVÜ.
Rəqəmli,hərifli tarif kodunun qeyd edilməsi.
19. NVB/NVA — YARARLI DEYIL ƏVVƏL/YARARLI DEYIL SONRA.
Qeyd edilmiş tarixdən və sonra uçuş kuponunun istifadəsi mümkün deyil (tarifin qaydaları tarixi dəyişməyə imkan verirsə). Güzəştli tariflərin çoxluğu üçün tarixlərin ikisidə eyni olur.
20. ALLOW.
Ödənişsiz daşınan bagajın norması. 
21. TOUR CODE — TUR KOD. 
Xüsusi və məxfi yazılan biletlərdə istifadə olunur.
22. ADDITIONAL ENDORSEMENT/RESTRICTIONS — ƏLAVƏ MƏHDUDIYYƏTLƏR.
Sütuna yerləşməyən məlumatı daşıyır. ENDORSEMENT/RESTRICTIONS. 
23. EQUIV/FARE — TARIFIN EKVIBALENTI.
Biletin yazıldığı ölkənin valyutasında ekvivalent tarifi (biletin yazıldığı ölkənin valyutası, daşınma başlayan ölkənin valyutasından fərqlənirsə). 
24. TAX — RÜSUM.
İki hərifli qeyd etmə və aeroport rüsumlarının yekünu. Əgər bütün rüsumlar bu sütunda yerləşmirsə, o zaman sonuncu sütunda “ümumi” rüsum “XT” göstərilir (qalan rüsumlarinin yekünu).
25. FORM OF PAYMENT — ÖDƏNIŞIN ÜSULU. 
Biletin qiymətinin ödəmə üsulu. 
CASH (nəğd pulla), 
INVOICE və ya INV (nəğdsiz ödəniş), 
CC---kredit kartının nömrəsi-(kredit kartı). 
26. FORM AND SERIAL NUMBER - BILETIN NÖMRƏSI.
Birinci üç rəqəm – aviaşirkətin kodu.
Misal üçün, 771 — «АZAL» 

slide 5

Yeni xəbərləri əldə etmək üçün aşağiya e-mail və adınızı yazın:
Yeni xəbərlər olduğu zaman sizin e-mailinizə gələcək. Təşəkkur.