
Turistin konkret xidmət növlərinin (mehmanxanada qalmaq, yemək, ekskursiya xidməti, nəqliyyatda gediş, və s.) haqqını ödədiyinin sübuitu olaraq turizm və ya nəqliyyat şirkəti tərəfindən verilən və həmin xidmətin əldə edilməsi üçün əsası olan sənəd.
UÇUŞ KUPONU
aviaşirkətin əvəzində sərnişinin onda göstərilən sahəyə daşınmasını yerinə yetirdiyi biletin bir hissəsi
MİNİK TALONU
Sərnişinlərə onların minik zamanı nəzarət xidməti bölməsinə verməli olduqları hava və dəniz yollarında verilən kart
BRONLAŞDIRMA
Mehmanxanada və ya nəqliyyat vasitələrində turist (sərnişin) tərəfindən müəyyən edilmiş yerlərin, müəyyən edilmiş tarixə mədəni-tamaşa müəssisələrinə biletlərin əvvəlcədən yazdırılması
BAQAJ QƏBZİ
Aviaşirkət tərəfindən sənədləşdirilən və yükün qeydiyyatı zamanı sərnişinə verilən, aviaşirkətin bu yükün daşınmasını öz üzərinə götürməsini və daşınma başa çatdıqdan sonra onun sərnişinə verilməsini təsdiq edən rəsmi sənəd
YOL ÇEKİ
Yazıldığı valyutadakı nəğd pula və ya onun qüvvədə olan xarici valyuta kursuna ekvivalent məbləğə dəyişdirilə bilən bank ödəniş vasitəsi; yol çekləri verən banklar həmin çeklərin oğurluq, məhv etmə, və s. nəticəsində itirilməsi halında pulların tam qaytarılmasına təminat verir.
Verilmiş lüğət müasir beynəlxalq turizmdə qəbul edilmiş termin və anlayışların izahından ibarətdir. Lüğət spesifik turist terminologiyası ilə ilkin tanışlıq üçün nəzərdə tutulmuşdur, normativ deyildir və turizm terminlərinin bütün rəngarəngliyinin əks etdirilməsini iddia etmir.
OB (yeməksiz) – yalnız mehmanxanada yerləşdirilmə.
BB (səhər yeməyi) – turistin qaldığı mehmanxanadakı səhər yeməklərini nəzərdə tutan qidalanma rejimi. Bu, isveç stolu və ya kontinental səhər yeməyi ola bilər.
HB (yarımpansion) – mehmanxanada iki dəfə qidalanma rejimi. Bu, adətən səhər və axşam yeməyindən ibarət olur, lakin bəzi mehmanxanalarda səhər və günorta yeməyi ola bilər. Nahar və şam yeməyi zamanı içkilər adətən qiymətə daxil edilmir.
FB (tam pansion) – mehmanxanada üç dəfə qidalanma rejimi (səhər + günorta + axşam yeməyi). Nahar və şam yeməyi zamanı içkilər adətən qiymətə daxil edilmir.
Al, hamısı daxil edilənlər (hamısı daxil edilir) – nəinki üç dəfə qidalanmanın, həm də yüngül səhər yeməyi, qəlyənaltı, yüngül şam yeməyi kimi əlavə xidmətlərin daxil olduğu rejim. Içkilər qiymətə daxildir. Bəzən bunlar yalnız yerli istehsal olunan içkilər ola bilər, xarici içkilər isə əlavə pula satılır.
SGL (bir) – bir yerli nömrə.
DBL (ikili) – iki yerli nömrə.
TRPL (üç yerli) – üç yerli nömrə.
Suite – lüks nömrədə yerləşdirilmə.
ExB (əlavə yataq) – iki yerli nömrədə əlavə çarpayı.
Chld (uşaq) - uşaq (adətən uşaq üçün qiymət nömrədə iki böyük ilə birlikdə göstərilir.
SV (dəniz görünüşü) – üzü dənizə baxan.